revisa

Keyfiyyət idarəetmə sistemi

ISO 9001:2015

ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi fəaliyyət prosesində Kim? Harada? Nəyi? Necə? Nə vaxt? Hansı formada? Nə üçün?
etməlidir suallarına doğru və operativ cavab tapılması üçün tətbiq olunur.
ISO 9001:2015 standartının tətbiq olunduğu təşkilatlarda proseslər fərdlərdən yox fərdlər proseslərdən asılı olur. Bu da öz
növbəsində biznes proseslərinin risksiz və davamlı icrasını təmin edir.

Kompleks idarəetmə sistemlərinin qurulması və idarə olunması

 

  • Mərhələ 1: İzləmə. Şirkətin proseslərinin və prosedurlarının iyerarxiq quruluşunun öyrənilməsi
  • Mərhələ 2: Daxilik auditin keçirilməsi. KİS (Keyfiyyət İdarəetmə Sistemi) tələblərinin hansı səviyyədə tədbiqinin müəyyən edilməsi
    və uyğunsuzluqların aşkarlanması
  • Mərhələ 3: Uyğunsuzluqların şərhi. Audit əsasında aşkar olunmuş uyğunsuzluqlar, onların səbəbləri və aradan qaldırılması
    yollarının izahı. ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinin və tədbiq qaydasının izah edilməsi.
  • Mərhələ 4: Modelləndirmə. Standarta uyğun fəaliyyət axışının iyerarxiq quruluşun, iş proseslərinin, prosedurlarının, iş
    təlimatlarının, vəzifə təlimatlarının hazırlanması.
  • Mərhələ 5: Tətbiq. ISO 9001:2015 standartının təşkilatın hazırlanmış yeni modeli əsasında tətbiqi və fəaliyyətlərin standarta
    uyğunlaşdırılması.
  • Mərhələ 6: Moritorinq. Tətbiq zamanı yaranan çətinliklər və uyğunsuzluqların aşkarlanması və təkmilləşdirici tədbirlərin görülməsi.
  • Mərhələ 7: Yekun auditin keçirilməsi. Standartın tətbiq səviyyəsinin sahələr üzrə qiymətləndirilməsi və təhlili.

Keyfiyyət İdarəetmə Sisteminin Qurulması Ardıcıllığı

Təşkilatın proseslərinin iyerarxiq quruluşunun, iş axışının öyrənilməsi və analizi

Proses və prosedurların şirkət fəaliyyətinə və iyerarxiq quruluşa uyğun hazırlanması:

Sənədlərin İdarə Olunması

Qeydlərin İdarə Olunması

Düzəldici Fəaliyyət Proseduru

Önləyici Fəaliyyət Proseduru

Daxili Audit Proseduru

Satınalma Proseduru

Satış Proseduru

Qanunvericilik və Beynəlxalq Standartları İzləmə Proseduru

Uyğun Olmayan Məhsulun İdarə olunması Proseduru

Daxili Əlaqələr Proseduru

Müştəri İdarəetmə Prosesi

Uyğun Olmayan Məhsulun İdarə olunması Proseduru

Layihələndirmə və Təkmilləşdirmə Prosesi

İstehsal Prosesi - Xidmət Prosesi

Tədarükçü Qymətləndimə və Tədarükçünün Auditi Prosesi

Risk Analizi Prosesi

İşçi Heyətinin Tədrisi Prosesi

Xidmətlərmizdən yararlanmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz!