Xidmətlər
Azmade Group-a daxil olan ZTP, AAC və Azertexnolayn şirkətlərində keyfiyyətin idarə olunması üzrə təlim keçirilib
Revisa MMC tərəfindən Azmade Group-a daxil olan ZTP, AAC və Azertexnolayn şirkətlərinin mühəndisləri üçün “Keyfiyyətin idarə olunması və ISO 9001:2015 standartının tətbiqi” mövzusunda 2 günlük təlim proqramı uğurla həyata keçirilmişdir.
“Mühəndisliyə İlk Addım (MİA 2)” inkişaf proqramı çərçivəsində təşkil olunan təlimin əsas məqsədi iştirakçıların keyfiyyət menecmenti sahəsində nəzəri biliklərini artırmaq və beynəlxalq standartların sənaye müəssisələrində praktiki tətbiqi üzrə bacarıqlarını inkişaf etdirmək olmuşdur.
Təlim zamanı ISO 9001:2015 beynəlxalq standartının əsas prinsipləri və tələbləri ətraflı şəkildə izah edilmiş, keyfiyyətə nəzarət prosesləri və onların müəssisə fəaliyyətində rolu real sənaye təcrübəsinə əsaslanan nümunələrlə təqdim olunmuşdur.
Proqram çərçivəsində aşağıdakı mövzular əhatə edilmişdir:
- ISO 9001:2015 standartının tələbləri və tətbiq mexanizmləri;
- Keyfiyyətə nəzarət və keyfiyyət təminatı prosesləri;
- Beynəlxalq standartların müəssisə fəaliyyətinə inteqrasiyası;
- Mürəkkəb layihələrdə risklərin və xətaların minimallaşdırılması üsulları;
- Proseslərin effektiv idarə olunması və davamlı təkmilləşdirmə yanaşmaları;
- Keyfiyyət menecmenti sisteminin müəssisəyə qazandırdığı üstünlüklər.
Təlim interaktiv müzakirələr, praktiki tapşırıqlar və real sənaye nümunələri əsasında keçirilmiş, iştirakçıların mövzunu daha dərindən mənimsəməsinə şərait yaratmışdır.
Təlimin sonunda iştirakçılara proqramı uğurla bitirdiklərinə görə sertifikatlar təqdim olunmuşdur.
Revisa MMC olaraq, Azmade Group-un tərkibinə daxil olan müəssisələrin mütəxəssislərinin peşəkar inkişafına dəstək verməkdən və ölkəmizdə keyfiyyət menecmenti mədəniyyətinin inkişafına töhfə verən bu kimi təlimlərin təşkilindən məmnunluq duyuruq.





Keyfiyyət üstünlüyümüz
Praktiki sənədlər, real keyslər üzərində fərqli tədris metodu
ISO standartlarına uyğun fəaliyyət
Yüksək ixtisaslı təlimçilər
Beynəlxalq standartlara uyğun tədris
Beynəlxalq əməkdaşlıq və əlaqələr
Beynəlxalq təcrübə və inkişaf