Niyə bizi seçirlər?
Haqqımızda
Revisa MMC biznes konsaltinq xidmətləri, ISO standartlarının tətbiqi, ISO sertifikatlaşdırma prosesinə hazırlıq və idarəetmə yönümlü peşəkar təlimlərin təşkili sahəsində fəaliyyət göstərən ixtisaslaşmış şirkətdir. Şirkətimiz özəl və dövlət sektorunda fəaliyyət göstərən təşkilatlar üçün beynəlxalq standartlara əsaslanan idarəetmə sistemlərinin qurulması, praktik tətbiqi, daxili proseslərə uyğunlaşdırılması, auditə hazırlıq və sertifikatlaşdırma mərhələsində peşəkar dəstək istiqamətində kompleks xidmətlər təqdim edir. Revisa MMC istehsal, xidmət, inşaat, qida, tibb, turizm, reklam, tədris və digər sahələrdə fəaliyyət göstərən müəssisələrə ISO standartlarının tətbiqi, idarəetmə sistemlərinin qurulması, sənədləşmə işlərinin hazırlanması, işçi heyətin peşəkar şəkildə hazırlanması və davamlı inkişafın təmin edilməsi istiqamətində konsaltinq və təlim xidmətləri göstərir. Şirkətimiz müəssisələrin fəaliyyət sahəsinə və idarəetmə ehtiyaclarına uyğun olaraq beynəlxalq standartların tələblərinə cavab verən praktik həllər hazırlayır, müəssisələrin ISO sertifikatları üçün hazırlıq səviyyəsini artırır və onların daha sistemli idarəetmə modelinə keçidini dəstəkləyir. Təlim və məsləhət xidmətlərimiz hədəf auditoriyanın tələbləri, müəssisənin fəaliyyət istiqaməti, daxili idarəetmə sistemi və inkişaf məqsədləri nəzərə alınmaqla onlayn və ya canlı formatda təşkil olunur. Təlim və konsaltinq proqramlarının məzmunu müəssisənin fəaliyyət sahəsinə uyğun olaraq məsləhətçilərimizin tövsiyələri əsasında genişləndirilə və ya optimallaşdırıla, eyni zamanda xidmətlərin müddəti artırıla və ya azaldıla bilər. Bu yanaşma ISO standartlarının tətbiqi, idarəetmə sistemlərinin təkmilləşdirilməsi, daxili audit hazırlığı və sertifikatlaşdırma prosesinin daha səmərəli və nəticəyönümlü şəkildə həyata keçirilməsinə imkan yaradır. Konsaltinq xidmətlərimizə beynəlxalq standartların tələblərinə uyğun sənədlərin hazırlanması, prosedur və təlimatların işlənməsi, işçi heyət üçün praktik və peşəkar ISO təlimlərinin keçirilməsi, müəssisədaxili idarəetmə proseslərinin təhlili, uyğunlaşdırılması və təkmilləşdirilməsi, eləcə də sertifikatlaşdırma və audit prosesində tam dəstəyin göstərilməsi daxildir. Məqsədimiz müəssisələrdə yalnız formal şəkildə deyil, real iş prosesində işləyən, beynəlxalq standartların tələblərinə cavab verən, audit zamanı uyğunluq təmin edən və uzunmüddətli nəticə verən idarəetmə sistemlərinin qurulmasına nail olmaqdır.Xidmət göstərdiyimiz əsas istiqamətlər:
ISO 9001:2015 – Keyfiyyət idarəetmə sisteminin praktik tətbiqiISO 14001:2015 – Ətraf mühitin idarə olunması sisteminin praktik tətbiqi
ISO 45001:2018 – Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sisteminin praktik tətbiqi
ISO 31000:2018 – Risklərin idarə olunması sisteminin praktik tətbiqi
ISO 21001:2018 – Təhsil təşkilatları üçün idarəetmə sisteminin praktik tətbiqi
ISO 10002:2018 – Müştəri məmnuniyyətinin idarə olunması sisteminin praktik tətbiqi
ISO 27001:2022 – İnformasiya təhlükəsizliyi idarəetmə sisteminin praktik tətbiqi
ISO 37001:2016 – Korrupsiyaya qarşı idarəetmə sisteminin praktik tətbiqi
Revisa MMC olaraq əsas məqsədimiz müştərilərimizin fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırmaq, ISO idarəetmə sistemlərinin effektiv tətbiqini təmin etmək, idarəetmədə keyfiyyəti və səmərəliliyi artırmaq, riskləri minimuma endirmək, sənədləşmə və daxili nəzarət proseslərini gücləndirmək, audit və sertifikatlaşdırma mərhələsinə hazırlığı peşəkar səviyyədə qurmaq, eləcə də müəssisələrin davamlı inkişafı üçün etibarlı və praktik idarəetmə mexanizmləri formalaşdırmaqdır. Biz müəssisələrin yalnız ISO sertifikatı əldə etməsinə deyil, eyni zamanda həmin standartların gündəlik fəaliyyətə inteqrasiya olunmasına, idarəetmədə real nəticə verməsinə və biznesin rəqabət qabiliyyətini artırmasına dəstək oluruq.
Vizyonumuz
ISO standartları, ISO təlimləri, ISO konsaltinq və sertifikatlaşdırma hazırlığı sahəsində ölkə və region üzrə etibarlı, innovativ və nüfuzlu lider təşkilatlardan birinə çevrilmək, müəssisələrin idarəetmə sistemlərinin qurulması, auditə hazırlıq və davamlı inkişaf prosesində strateji tərəfdaş kimi tanınmaq.
Misiyamız
Revisa MMC olaraq missiyamız dövlət və özəl sektorda fəaliyyət göstərən təşkilatlar üçün beynəlxalq ISO standartlarının tətbiqi, idarəetmə sistemlərinin qurulması, təkmilləşdirilməsi və sertifikatlaşdırma hazırlığı istiqamətində peşəkar təlim və konsaltinq xidmətləri göstərməkdir. Məqsədimiz müəssisələrdə keyfiyyət, təhlükəsizlik, uyğunluq və davamlı inkişaf mədəniyyətini formalaşdırmaq, onların rəqabət qabiliyyətini, etibarlılığını və biznes səmərəliliyini artırmaqdır.
Dəyərlərimiz
Peşəkarlıq – ISO standartları və idarəetmə sistemləri üzrə xidmətlərimizi peşəkar yanaşma ilə təqdim edirik. Etibarlılıq və dürüstlük – Müştərilərimizlə şəffaf, məsuliyyətli və etibarlı əməkdaşlıq qururuq. Keyfiyyət yönümlülük – Təlim və konsaltinq xidmətlərimizdə yüksək keyfiyyət standartlarını əsas götürürük. Müştəriyönümlülük – Müştəri ehtiyaclarını düzgün təhlil edir, uyğun və effektiv həllər təqdim edirik. Operativlik və sistemli yanaşma – Xidmətlərimizi planlı, vaxtında və səmərəli şəkildə icra edirik. Davamlı inkişaf və etik davranış – Daim inkişaf edir, peşəkar etikaya və beynəlxalq tələblərə uyğun fəaliyyət göstəririk.