Xidmətlər

Revisa MMC – Konsaltinq Xidmətləri

Revisa MMC biznes konsaltinq xidmətləri və idarəetmə yönümlü həllərin təqdim edilməsi sahəsində fəaliyyət göstərən peşəkar şirkətdir. Şirkətimiz özəl və dövlət sektorunda fəaliyyət göstərən təşkilatlar üçün beynəlxalq standartlara əsaslanan idarəetmə sistemlərinin qurulması, tətbiqi və davamlılığının təmin edilməsi üzrə kompleks konsultasiya xidmətləri göstərir.

Konsaltinq xidmətlərimiz istehsal, xidmət, inşaat, qida, tibb, turizm, reklam, tədris və digər sahələrdə fəaliyyət göstərən müəssisələri əhatə edir. Məqsədimiz təşkilatların idarəetmə strukturunun beynəlxalq standartlara uyğunlaşdırılması, daxili proseslərin optimallaşdırılması və institusional inkişafın təmin edilməsidir.

Revisa MMC tərəfindən təqdim olunan konsultasiya xidmətləri müəssisənin fəaliyyət sahəsi, mövcud vəziyyəti və strateji hədəfləri nəzərə alınmaqla fərdi yanaşma əsasında həyata keçirilir. Konsaltinq proqramlarının məzmunu müştərinin ehtiyaclarına uyğun olaraq formalaşdırılır, layihənin müddəti isə tətbiq olunacaq sistemin miqyasına əsasən müəyyən edilir.

Konsaltinq xidmətlərimizə daxildir:

  • Beynəlxalq standartların tələblərinə uyğun idarəetmə sistemlərinin qurulması

  • Standartlara uyğun sənədləşmə sisteminin hazırlanması və tətbiqi

  • İşçi heyət üçün praktik və peşəkar maarifləndirici sessiyaların təşkili

  • Daxili audit və boşluq analizlərinin aparılması

  • Sertifikatlaşdırma prosesinə tam texniki və metodoloji dəstəyin göstərilməsi

  • İdarəetmə sistemlərinin davamlı təkmilləşdirilməsi üzrə məsləhət xidmətləri

Əsas konsultasiya istiqamətlərimiz:

  • ISO 9001:2015 – Keyfiyyət idarəetmə sistemi

  • ISO 14001:2015 – Ətraf mühitin idarə olunması sistemi

  • ISO 45001:2018 – Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi

  • ISO 31000:2018 – Risklərin idarə olunması sistemi

  • ISO 21001:2018 – Təhsil təşkilatları üçün idarəetmə sistemi

  • ISO 10002:2018 – Müştəri məmnuniyyətinin idarə olunması sistemi

  • ISO 27001:2022 – İnformasiya təhlükəsizliyi idarəetmə sistemi

  • ISO 37001:2016 – Korrupsiyaya qarşı idarəetmə sistemi

Revisa MMC olaraq əsas məqsədimiz müştərilərimizin idarəetmə proseslərini beynəlxalq standartlara uyğun şəkildə qurmaq, əməliyyat səmərəliliyini artırmaq, riskləri minimuma endirmək və davamlı inkişafı təmin etməkdir.