Xidmətlər
Revisa MMC-nin “Career Hub Azerbaijan ” layihəsi
Revisa MMC-nin “Career Hub Azerbaijan ” layihəsi çərçivəsində gənclərin peşəkar inkişafına yönəlmiş Nuriyyə Qurbanova təqdimatında “Karyerada Uğur üçün Praktik Bacarıqlar” adlı seminar təşkil edilmişdir.
“Karyerada Uğur üçün Praktik Bacarıqlar” adlı seminar uğurla keçirilmişdir. Tədbirin əsas məqsədi iştirakçıların müasir əmək bazarının tələblərinə uyğun praktiki bilik və bacarıqlar əldə etməsinə dəstək olmaq, onların peşəkar inkişafına töhfə vermək olmuşdur. Seminar çərçivəsində iştirakçılara ən çox tələb edilən ofis proqramları, xüsusilə MS Office alətləri ilə bağlı ümumi və praktik məlumatlar təqdim edilmiş, gündəlik iş prosesində effektiv istifadə imkanları izah olunmuşdur. Eyni zamanda, beynəlxalq ISO idarəetmə sistemlərinin karyera inkişafında yaratdığı üstünlüklər və işəgötürənlər üçün əhəmiyyəti diqqətə çatdırılmışdır. Tədbir zamanı rəhbərlərin işçilərdən gözlədiyi 5 əsas meyar ətraflı şəkildə müzakirə edilmiş, məhsuldarlığı artıran Google Workspace alətləri ilə tanışlıq həyata keçirilmişdir. Bundan əlavə, iştirakçılara işə qəbul müsahibələrində fərq yaratmağa kömək edən əsas biliklər, davranış qaydaları və praktiki tövsiyələr təqdim olunmuşdur. Seminar interaktiv formatda təşkil olunmuş, iştirakçıların sualları cavablandırılmış və real nümunələr əsasında müzakirələr aparılmışdır. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanmış və onların karyera planlamasında faydalı istiqamətlər təqdim etmişdir.








Keyfiyyət üstünlüyümüz
Regionun lider təlim mərkəzi
ISO standartlarına uyğun fəaliyyət
Yüksək ixtisaslı təlimçilər
Beynəlxalq standartlara uyğun tədris
Beynəlxalq əməkdaşlıq və əlaqələr
Beynəlxalq təcrübə və inkişaf