Xidmətlər
Tələbələr üçün ödənişsiz Career Ladder təlimi
Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Career Ladder” Revisa MMC üçün böyük məmnunluq doğurur. Vüsal Mahmudov tərəfindən təqdim edilən proqram çərçivəsində 40 tələbə üçün 2 ay müddətində sahibkarlıq, layihələrin idarə edilməsi, biznesin inkişafı və risklərin idarə olunması sahələrini əhatə edən nəzəri və praktiki biliklər təqdim ediləcək. Proqram gənclərin əmək bazarına hazırlığını gücləndirməyi, peşəkar bacarıqlarını inkişaf etdirməyi və karyera planlamasında onlara etibarlı dəstək olmağı hədəfləyir.
“Career Ladder” proqramı iştirakçıların analitik düşünmə, qərarvermə və məsuliyyətli idarəetmə bacarıqlarının formalaşmasına töhfə verməklə yanaşı, onların gələcək peşəkar fəaliyyətlərində daha inamlı və məqsədyönlü addımlar atmasına şərait yaradır.
Revisa MMC olaraq, gənclərin bilik və bacarıqlarının artırılmasına, eləcə də gələcək liderlərin yetişdirilməsinə töhfə verməkdən qürur duyuruq.





Keyfiyyət üstünlüyümüz
Regionun lider təlim mərkəzi
ISO standartlarına uyğun fəaliyyət
Yüksək ixtisaslı təlimçilər
Beynəlxalq standartlara uyğun tədris
Beynəlxalq əməkdaşlıq və əlaqələr
Beynəlxalq təcrübə və inkişaf