Xidmətlər

SR GROUP MMC-də ISO təlimləri

SR Group əməkdaşları üçün təşkil edilən ISO 31000:2018 – Risklərin İdarə Edilməsi və ISO 10002:2018 – Müştəri Məmnuniyyətinin İdarə Edilməsi üzrə təlimlər uğurla yekunlaşmışdır.


Təlimlər çərçivəsində iştirakçılara beynəlxalq standartların əsas tələbləri sistemli şəkildə izah edilmiş, real iş nümunələri əsasında praktiki biliklər təqdim olunmuşdur. İnteraktiv müzakirələr və tətbiqi tapşırıqlar vasitəsilə iştirakçıların mövzu üzrə anlayışı dərinləşdirilmiş və peşəkar bacarıqlarının inkişafına şərait yaradılmışdır.

Keçirilən təlimlərin əsas məqsədi SR Group MMC əməkdaşlarının risklərin effektiv idarə olunması və müştəri məmnuniyyətinin artırılması sahəsində beynəlxalq yanaşmalarla tanış edilməsi, bu biliklərin gündəlik iş proseslərində tətbiqinə dəstək göstərmək olmuşdur.

Əldə olunan bilik və bacarıqların şirkətin idarəetmə proseslərinin təkmilləşdirilməsinə və ümumi fəaliyyət effektivliyinin artırılmasına müsbət töhfə verəcəyi gözlənilir.