Təlimlər
ISO29993 Formal təhsildən kənar öyrənmə xidmətləri – xidmətə olan tələblər
Əgər təlim xidmətləri və təhsil sistemlərinin keyfiyyət idarəetməsi sahəsində təhsil alırsınız və bu sahədə karyera qurmaq istəyirsinizsə, ISO 29993:2017 standartı çox önəmlidir. Bu standart qeyri-formal təhsil və təlim xidmətlərinin keyfiyyətinin təmin edilməsi və idarə olunması üçün beynəlxalq tələbləri əhatə edir. Standart, tədris prosesinin effektiv idarə olunmasını, müştəri məmnuniyyətinin artırılmasını və tədris xidmətlərinin davamlı təkmilləşdirilməsini öyrədir.
Təlim şərtləri:
Təlim müddəti: Təlim 8 dərsdən ibarət olub, 2 ay davam edir. Hər həftə 1 dəfə, Zoom platforması üzərindən axşam saat 20:00-da keçirilir və hər dərs 2 saat davam edir.
Tədris metodu: Təlim online şəkildə, ISO 29993:2017 standartının tətbiqi üzrə real iş keysləri və praktiki nümunələr əsasında tədris olunacaq. Təlim zamanı qeyri-formal təhsil və təlim xidmətlərinin idarə edilməsi, tədris proqramlarının optimallaşdırılması, iştirakçıların ehtiyaclarının nəzərə alınması və keyfiyyətin davamlı olaraq yaxşılaşdırılması mövzularında dərindən biliklər veriləcək. Tələbələr hər dərsdə bu bilikləri praktiki şəkildə öz təşkilatlarında tətbiq etməyi öyrənəcəklər.
Sertifikat: Təlimin sonunda imtahan əsasında rəsmi sertifikat təqdim olunacaq.
Dəvət etdiyiniz hər şəxs üçün 100azn endirim qazanacaqsınız.
Qeydiyyat
Təhsil sahəsində növbəti addımı atın. Formanı doldur və qeydiyyatdan keçin
Niyə Bizim Təlimləri Seçməlisiniz?
Peşəkar Təlimçilər
İllərlə real təcrübəyə malik sənaye mütəxəssislərindən öyrənin
Fleksibl Təhsil
Kurs materiallarına 24/7 çıxış imkanı ilə öz sürətinizlə öyrənin
Sertifikat
Kursu bitirdikdən sonra sənaye tərəfindən tanınan sertifikatlar qazanın
İcma Dəstəyi
Digər tələbələrlə əlaqə yaradın və ehtiyac olduqda kömək alın