Keyfiyyət Standartında Yeni Dövr: ISO 9001:2026
ISO 9001:2026 nədir?
ISO 9001 təşkilatların Keyfiyyət İdarəetmə Sistemləri (QMS) üçün dünya üzrə tanınmış standartdır. 2015-ci versiyadan sonra bu standart artıq onillik ərzində bir çox dəyişən biznes şəraiti ilə tam uyğun gəlmir. Bu səbəbdən ISO/TC 176 komitəsi 2026-cı ildə yenilənmiş ISO 9001 versiyasını yayınlamayı planlayır.
Yeni versiya 2026-cı ildə yayımlanacaq və keçid müddəti (transition period) tipik olaraq 2–3 il arasında olacaq.
Bu yenilənmə ISO 9001-in cari çağırışlara cavab verə bilməsini, rəqəmsallaşma, davamlılıq, risklər və etika kimi aspektlərlə daha sıx əlaqə yaratmasını təmin etmək məqsədi daşıyır.

ISO 9001:2026 versiyasında gözlənilən əsas yeniliklər və onların təfsilatı
1. Liderlik və Etik Məsuliyyətlər(Clause 5.1)
Keyfiyyət mədəniyyəti və etik davranış prinsiplərinə vurğu.Üstdəki rəhbərliyin yalnız siyasət bildirməsi kifayət deyil — etik davranış və keyfiyyət mədəniyyətini gündəlik fəaliyyətə daxil etmək tələb olunacaq.
2. Risk və Fürsətlərin İdarəedilməsi(Clause 6.1)
Risk və fürsətlərin ayrı-ayrı altmaddələrlə daha aydın ayrılması.Yeni bölmələr (məsələn, 6.1.1–6.1.3) əlavə ediləcək, risk–fürsət yanaşması daha sistemli olacaq.
Nümunə: İstehsalat müəssisəsi məhsul keyfiyyətinə təsir edən xammal gecikmələrini əvvəlcədən müəyyən edib, alternativ təchizatçı planı hazırlamalıdır.
3. İqlim Dəyişikliyi və Davamlılıq(Clauses 4.1 və 4.2)
2024-cü il iqlim əlavələri standartın tərkibinə tam inteqrasiya olunacaq.Təşkilat konteksti və maraqlı tərəflər analizində iqlim dəyişikliyi aspektləri artıq vacib element kimi qəbul ediləcək.
Nümunə: Enerji sərfiyyatını azaldan və tullantıları minimuma endirən istehsalat xəttinin tətbiqi.
4. Rəqəmsallaşma və Texnologiya
Yeni versiya süni intellekt, avtomatlaşdırma və data analitikası mövzularına daha konkret yanaşacaq. Bu, təşkilatlarda məlumatların etibarlılığı və proqram təminatının keyfiyyətinə diqqəti artıracaq.
Nümunə: İstehsal prosesində sensorlarla real vaxt keyfiyyət izlənməsi.
5. Təklifçi (supplier) və təchizat zənciri idarəetməsi.
Təchizatçı resiliensiyaya (dayanıqlılığa), ehtiyat mənbələrə, balanslı qaynaqlamaya daha çox diqqət.Tərəfdaşların performansının davamlı izlənməsi və riskin yayılması planları vacib rol oynayacaq.
Nümunə: Tək bir ölkədən xammal almaqdansa, müxtəlif regionlardan alternativ təchizatçıların müəyyən edilməsi.
6.Etika və Dürüstlük
Rəhbərlik məsuliyyəti kimi etika davranışları, şəffaflıq və dürüstlük tələb olunacaq.Qurumun iş fəaliyyətində əxlaqi və etik standartların qorunması artıq tələblərdən biri olacaq.
7.Annex A – İzahatlar və Misallar
Annex A çox genişlənəcək və 4–10-cu maddələri daha ətraflı izah edəcək.Yeni misallar və tətbiqi yönləndirmələr olacaq ki, təşkilatlar bu maddələri daha asan mənimsəsin.
Qeyd: Bu dəyişikliklər hazırkı draft/layihə mərhələsində olan məlumatlara əsaslanır və son versiyada bəzi əlavələr və ya dəyişikliklər ola bilər.

ISO 9001:2026 versiyasına keçid planı mərhələlər diaqramı
Yeni ISO 9001:2026 versiyasına səmərəli keçid etmək üçün təşkilatınız aşağıdakı mərhələləri nəzərə ala bilər:
Cari QMS-in təhlili & gap analizi
ISO 9001:2015 nöqtəsindən çıxaraq, yuxarıdakı yeni tələblərlə müqayisə edin. Hansı mövzular sizdə zəifdir (risk, rəqəmsallaşma, iqlim, təchizat zənciri və s.)?
Layihə qrafikinin hazırlanması
Keçid planı üçün mərhələləri planlayın (6 ay, 12 ay, 24 ay və s.). Yeni standart yayımlandıqdan sonra tədbirləri tənzimləyin.
Təlim və maarifləndirmə
Rəhbərlikdən işçilərə qədər hamı yeni maddələr haqqında anlayışa malik olmalıdır. Bunun üçün seminarlar, workshoplar təşkil edin.
Sənədlərin və prosedurların yenilənməsi
Məsələn, risk qiymətləndirilməsi metodologiyası, təchizatçıların qiymətləndirilməsi, iqlimə olan təsirlərin planlaşdırılması və digərləri yenidən dizayn edilməlidir.
Daxili auditlər və yoxlamalar
Yeni tələblərə hazırlıq baxımından pilot auditlər keçirin və tapılan uyğunsuzluqları düzəldin.
Akreditasiyaya hazırlıq və sertifikatlaşdırma
Yeni versiyaya keçid auditini vaxtında planlaşdırın. Keçid müddətini (transition period) akkreditasiya orqanları müəyyən edəcək.
Bu mərhələlər, standartın yalnız qəbul edilməsi üçün yox, həm də təşkilatın keyfiyyət sistemini daha peşəkar və çevik hala gətirməsi üçün əhəmiyyətlidir.
Praktik Keçid Planı
1. İlkin Qiymətləndirmə (0–3 ay): Gap analizi və risklərin müəyyənləşdirilməsi.
2. Təlim və Maarifləndirmə (3–6 ay): İşçilərin yeni tələblərlə tanışlığı.
3. Sənəd və Proseslərin Yenilənməsi (6–12 ay): Siyasət, prosedur və təlimatların dəyişdirilməsi.
4. Pilot Layihə və Testlər (12–18 ay): Seçilmiş sahələrdə tətbiq sınaqları.
5. Tam İnteqrasiya və Auditlər (18–24 ay): Yeni sistemin tam tətbiqi və daxili auditlər.
Tez-tez verilən suallar (FAQ)
S: ISO 9001:2026 nə vaxt yayımlanacaq?
C: Yeni versiya 2026-cı ilin payızında (sentyabr/oktyabr) dərc olunacaq.
S: Keçid müddəti nə qədər olacaq?
C: Ənənəvi olaraq 2–3 il keçid müddəti veriləcək.Ehtimal edilir ki, ISO 9001:2026 üçün də belə bir müddət veriləcəkdir.
S: Hal-hazırda ISO 9001:2015 sertifikatım var, nə etməliyəm?
C: Sertifikatınız 2026 versiyasına keçid müddəti bitənədək qüvvədə qalacaq. Amma siz artıq indidən gap analizi aparmalı, sisteminizi yeni tələblərə uyğunlaşdıra və üzvlərinizi təlimləndirməyə başlamalısınız.
S: Əlavə xərclər olacaqmı?
C: Bəli, amma bu xərclər əsasən təlimlər, sənədlərin yenilənməsi və texnologiya tətbiqlərinə bağlı olacaq. Yaxşı planlaşdırma ilə bu xərcləri minimuma endirmək olar.
S: ISO 9001:2026 hansı sahələr üçün daha kritikdir?
C: İstehsalat, xidmət sektoru, təchizat zənciri ilə işləyən şirkətlər və yüksək riskli sahələr (məsələn, enerji, tikinti, kimya) üçün xüsusilə vacibdir.
S: Yeni versiyada struktur dəyişəcəkmi?
C: Standart hələ də Annex SL yüksək səviyyəli strukturuna (10 maddə) bağlı qalacaqdır, lakin bəzi terminlər yenilənəcək və bəzi maddələr daha aydın təşkil olunacaq.